...

Filippində “Kalmaegi” tayfunu 188 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 7 Noyabr 2025 08:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippində baş verən dağıdıcı “Kalmaegi” tayfunu nəticəsində ölənlərin sayı 188 nəfərə yüksəlib.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi Cənubi Asiya ölkəsinin hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Rəsmi məlumatlara görə, hazırda 135 nəfər itkin düşmüş sayılır, 96 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Tayfunun təsiri ilə qonşu Vyetnamda da fırtına və güclü küləklər ağacları kökündən qoparıb, evlərə və infrastruktur obyektlərinə ciddi zərər vurub. Daklak əyalətində bir evin uçması nəticəsində bir nəfərin öldüyü bildirilib.

Filippin hökuməti axtarış-xilasetmə əməliyyatları üçün 268 mindən çox hərbçini səfərbər edib və alçaq ərazilərdə daşqın təhlükəsi barədə əhaliyə xəbərdarlıq yayıb.

Xilasedicilərin məlumatına görə, ən təhlükəli bölgələrdən təxminən 800 min insan təxliyə olunub.

Xəbər lenti

Xəbər lenti