...

Əmək bazarının daha fəal olması üçün Dövlət Proqramı qəbul edilməlidir – Komitə sədri

Cəmiyyət Materials 6 Noyabr 2025 12:45 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnkişaf etmiş ölkələrdə uşaq doğumu azalır, yaşlı insanların sayı artır. Yaşlı insanların sayı artması ilə yanaşı sosial büdcənin sosial yükü artır.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, 10-15 ildən sonra əmək bazarında müəyyən problemlərin ola biləcəyi gözlənilir:

“Biz gələcəkdə əmək bazarının daha da fəal olması üçün sosial xərclərin atılan istiqamətdə xərclənməsinə indidən inkişafla bağlı dövlət proqramı qəbul etməliyik ki, yaxın 10-15 ildən sonra çox ciddi bir insan potensialının, xüsusən, gənc nəslin sayının azalması ilə bağlı problemlə üzləşməyək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti