...

Rockstar Games “GTA VI”nın buraxılış tarixini yenidən təxirə saldı

Dünya xəbərləri Materials 7 Noyabr 2025 05:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı video oyun şirkəti Rockstar Games “Grand Theft Auto” (GTA) oyun seriyasının altıncı hissəsinin buraxılışının bir daha təxirə salındığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə məlumat şirkətin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yer alıb.

Açıqlamaya əsasən, “Grand Theft Auto VI” oyunu 2026-cı il noyabrın 19-da, cümə axşamı günü satışa çıxarılacaq.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Rockstar Games oyunun 2025-ci ildə təqdim ediləcəyini bildirmişdi, lakin daha sonra buraxılış tarixi 2026-cı il mayın 26-na qədər təxirə salınmışdı.

Qeyd edək ki, seriyanın beşinci hissəsi – “GTA V” 12 il əvvəl buraxılıb və bu günədək dünyanın ən çox satılan ikinci video oyunu olaraq qalır (185 milyondan çox nüsxə). Birinci yerdə isə “Minecraft” (300 milyondan çox nüsxə) qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti