Bakı. Trend:
Noyabrın 8–9-da Fransanın paytaxtı Parisdə kata üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan yığma komandasının heyəti müəyyənləşib.
Trend xəbər verir ki, milli komanda turnirdə 4 cüdoçu ilə təmsil olunacaq. İdmançılar “nage-no-kata” və “katame-no-kata” proqramlarında çıxış edəcəklər.
Nage-no-kata:
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
Katame-no-kata:
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke
Qeyd edək ki, dünya çempionatında ümumilikdə 37 ölkədən 466 cüdoçu mübarizə aparacaq.
