...

Avropa Komissiyası Serbiyanın rusiyalılara vətəndaşlıq verməsindən narahatdır

Dünya xəbərləri Materials 6 Noyabr 2025 11:04 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası (AK) rusiyalıların Serbiya vətəndaşlığı alaraq Avropa İttifaqı ərazisinə vizasız daxil olmaq hüququ əldə etməsi ilə bağlı narahatlıq ifadə edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa komissiyasının illik hesabatında deyilir.

“Rusiya vətəndaşlarının Serbiya vətəndaşlığı əldə etməklə Aİ-yə vizasız giriş hüququ qazanmaları Avropa İttifaqının təhlükəsizliyi üçün potensial risklər yaradır”,- hesabatda qeyd olunur.

Serbiya vətəndaşları Şengen zonasına daxil olan ölkələrə vizasız, 90 günədək müddətə səfər edə bilirlər. Bu qayda Aİ üzvü olan bütün dövlətlərə, eləcə də İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə şamil olunur. Aİ ölkələrinə səfər üçün Serbiya vətəndaşlarından yalnız pasport tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti