Bakı. Trend:
2025-ci ilin ilk 3 rübü ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə təqribən 159 milyon barrel (19 milyon ton) xam neft ixrac olunub.
Trend bu barədə bp-yə istinadən xəbər verir.
Müqayisə üçün, 2024-ci ilin eyni dövründə həmin göstərici təxminən 165 milyon barrel (22 milyon ton) təşkil edib edib ki, bu da illik ifadədə 3,6 faiz azalma anlamına gəlir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Qeyd edək ki, “BTC Ko.”nun səhmdarları aşağıda göstərilənlərdir:
bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
