...

Trampın mətbuat konfransı zamanı iştirakçılardan biri huşunu itirib

Dünya xəbərləri Materials 7 Noyabr 2025 01:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağ Evin Oval Kabinetində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən mətbuat konfransı gözlənilmədən dayandırılıb.

Trend xəbər verir ki, tədbir iştirakçılarından birinin huşunu itirməsi səbəbindən konfrans yarıda kəsilib. Hadisə "Fox News" telekanalının canlı efiri zamanı baş verib.

ABŞ-nin “Eli Lilly” dərman şirkətinin baş direktoru çıxış edərkən kamera zalda əyləşən bir iştirakçıya yönəlib. Görüntülərdə həmin şəxsin əlini ürəyinin üzərinə qoyaraq yerə yıxıldığı əks olunub.

Digər iştirakçılar dərhal ona yardım göstəriblər, daha sonra isə jurnalistlərdən otağı tərk etmələri xahiş olunub.

Məlumata görə, huşunu itirən şəxs “Novo Nordisk” şirkətinin nümayəndəsi Qordon Findley ola bilər. Hadisənin təfərrüatları barədə əlavə məlumat açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti