...

Bakıda “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib (YENİLƏNİB)

Siyasət Materials 6 Noyabr 2025 12:01 (UTC +04:00)
Bakıda “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib.

Trend xəbər verir ki, toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professorFuad Məmmədov qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü, o cümlədən Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib.

F.Məmmədov bildirib ki, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycan QHT-ləri qarşısında da yeni çağırışlar və vəzifələr müəyyən edir.

Həmçinin çıxışçılar arasında “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova, "Çapar-Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd də yer alıb.

İctimai müzakirələrdə QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunun müxtəlif aspektləri barəsində diskussiyalar aparıb. Bu istiqamətdə müzakirələrin yerlərdə də genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti