...

Baha onkoloji dərmanların Azərbaycana gətirilməsinə əlavə vəsait ayrılmalıdır – Komitə sədri

Cəmiyyət Materials 6 Noyabr 2025 12:28 (UTC +04:00)
Baha onkoloji dərmanların Azərbaycana gətirilməsinə əlavə vəsait ayrılmalıdır – Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf ki, icbari tibbi sığort ailə əhatə olunan dövlət proqramlarının tərkibində onkoloji xidmət yoxdur. Büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil.

Trend xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün target və immunterapiya dərman vasitələrinə ehtiyac duyulur:

“Bu dərman vasitələrininüqiyməti isə kifayət qədər yüksəkdir. Ayrılan vəsait bu dərmanların alının Azərbaycana gətirilməsinə kifayət etmir. İmkan daxilində belə preparatların alınıb Azərbaycana gətirilməsinə əlavə vəsaitin ayrılması da nəzərdən keçirilməlidir. Çünki bu preparatlar olmadan onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil. Bütövlükdə onkologiyanın problemi bu dövlət proqramının icbari dövlət sığorta ilə əhatə olunması ilə həll ediləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti