...

ABŞ-də işdən çıxarılanların sayı 20 illik rekordu təzələyib

Dünya xəbərləri Materials 6 Noyabr 2025 17:13 (UTC +04:00)
ABŞ-də işdən çıxarılanların sayı 20 illik rekordu təzələyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında ötən ay 153 mindən çox insan işdən kənarlaşdırılıb. Bu 20 iyirmi ildə oktyabr ayında qeydə alınmış ən yüksək göstəricidir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə işədüzəltmə və peşəkar kadr axtarışı üzrə ixtisaslaşmış “Challenger, Gray & Christmas” hesabat dərc edib.

Məlumata görə, təkcə sentyabr ayı ilə müqayisədə işdən kənarlaşdırma halları 175 faiz artıb.

Bundan əlavə, dərc olunmuş məlumata əsasən, yanvardan oktyabra qədər ABŞ-də 1,09 milyondan çox iş yeri ixtisar edilib ki, bu da 2024-cü illə müqayisədə 65% çoxdur. Araşdırma nəticələrində o da qeyd olunur ki, amerikalı işəgötürənlər yeni işçiləri işə götürməkdə tələsmirlər.

İşdən çıxarılmaların sayının artmasının xərclərin azaldılması və süni intellektlə bağlı dəyişikliklərin tətbiqi ilə əlaqəli olduğu ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti