Ağdərə. Trend:
Ağdərədə yük maşını aşıb sürücü ağır xəsarət alıb.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "HOWO" markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.
Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
