...

Bakı-Təl-Əviv reyslərinin həftəlik sayı 21-ə çatdırıla bilər

İqtisadiyyat Materials 5 Noyabr 2025 17:29 (UTC +04:00)
Bakı-Təl-Əviv reyslərinin həftəlik sayı 21-ə çatdırıla bilər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ilin mayından Bakı ilə Təl-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında paylaşım edib.

Belə ki, o, İsrailin Azərbaycandakı yeni təyin olunmuş səfiri Ronen Krausz ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə aviasiya sahəsində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edilib. Bu istiqamətdə birgə təşəbbüslərin və əməkdaşlıq layihələrinin vacibliyi vurğulanıb.

"Azərbaycan və İsrail arasında hava nəqliyyatı sahəsində davamlı artım dinamikası müşahidə olunur. Bu tendensiyanın davamı kimi, AZAL yaxın zamanda bu istiqamətdə uçuş sayını artırmağı planlaşdırır. 2026-cı ilin mayından Bakı ilə Təl-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur. Bu addım hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı sərnişin axınının artması baxımından mühüm mərhələ olacaq. Son illərin statistik göstəriciləri əməkdaşlığın miqyasını və inkişaf tempini aydın şəkildə əks etdirir.

2024-cü ildə AZAL Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə həftədə 11 uçuş olmaqla ümumilikdə 303 reys (gediş-gəliş) həyata keçirərək 74 minə yaxın sərnişin daşıyıb: "2025-ci ilin yanvar-oktyabr aylarında isə aviaşirkət həmin istiqamət üzrə həftədə 14 uçuş olmaqla 562 reys yerinə yetirib və 147 mindən çox sərnişinə xidmət göstərib. Fəaliyyətimizi davam etdirərək əməkdaşlığın yeni imkanlarının reallaşmasına töhfə verməyi hədəfləyirik", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti