Bakı. Trend:
İspaniyanın "Barselona" futbol klubunun azarkeşlərini UEFA Çempionlar Liqası matçı üçün Belçikanın "Brüqqe" klubunun stadionuna aparan avtobus yanıb və azarkeşlər təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə "Diario Sport" qəzeti xəbər verib.
"Diario Sport" tərəfindən "X" sosial şəbəkəsində yayımlanan videoda avtobusun arxa hissəsində qatı tüstü və açıq alov görünür.
Təcili yardım xidmətləri insanların nəqliyyat vasitəsindən çıxmasına kömək edib. Xəsarət alanlar barədə məlumat verilməyib.