...

ABŞ qitələrarası “Minuteman III” ballistik raketini sınaqdan keçirib

Dünya xəbərləri Materials 5 Noyabr 2025 17:42 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusu nüvə başlığı ilə təchiz olunmamış “Minuteman III” qitələrarası ballistik raketinin təlim buraxılışını həyata keçirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Buraxılış ABŞ Kosmik Qüvvələrinin Kaliforniya ştatındakı Vandenberq bazasında həyata keçirilib. Raket Marşal adaları yaxınlığında düşüb.

Xatırladaq ki, oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp digər nüvə dövlətlərinin fəaliyyətini əsas gətirərək Pentaqona dərhal nüvə sınaqlarına başlamaq göstərişi verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti