Bakı. Trend:
Bu gün Brüssel hava limanı yaxınlığında müşahidə olunan naməlum pilotsuz uçuş aparatları (PUA) ilə əlaqədar 54 hava reysi təxirə salınıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Brüssel hava limanının mətbuat xidmətinin məlumatına görə, ləğv edilən reyslərdən 22-si göndərilən, 32-si isə qəbul edilən reys olub.
16:35
xxx
Brüssel hava limanında dronların müşahidə edilməsi ilə əlaqədar bütün uçuşlar və enişlər müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Belçika mediası axşam saatlarında dronlarla əlqədar hava limanının təxminən bir saat müddətində uçuş və enişlər üçün bağlı elan edildiyini yazıb.
Belçikanın NATO tərəfindən istifadə olunan Klayne-Brogel hərbi bazası yaxınlığında da yenidən dronlar müşahidə edilib.
