Bakı. Trend:
Belçikanın müdafiə naziri Teo Franken ölkə ərazisində naməlum pilotsuz uçuş aparatlarının müşahidə olunması hallarının artması səbəbindən NATO-nun 4-cü maddəsini işə salmaq niyyəti barədə açıqlama verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Teo Franken çox ciddi hadisələrin baş verdiyini bildirib.
Qeyd edək ki, NATO-nun 4-cü maddəsi alyans üzvləri arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin başlanmasını nəzərdə tutur.
Nazirin sözlərinə görə, baş verənlər təhlükəsizliklə bağlı çox ciddi narahatlıqlar doğurur və alyans çərçivəsində bu məsələ üzrə təcili müzakirələr aparılmalıdır.