Bakı.Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Fərqliliyin rəngi" festivalı keçirilir.
Trend xəbər verir ki, tədbirdə 33 dini icma, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, müxtəlif yəhudi icmaları, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digər dini təşkilatlar iştirak edirlər.
Festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub.
Festival çərçivəsində dini icmaların fəaliyyətini əks etdirən sərgilər, ədəbiyyat nümunələri və əl işləri, eləcə də musiqi və rəqs proqramları nümayiş olunur.
Xəbər yenilənəcək
