...

Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi yalnız 3 şərtlə mümkündür - Belçika baş naziri

Dünya xəbərləri Materials 5 Noyabr 2025 12:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika Avropa Komissiyasının dondurduğu Rusiya aktivlərinin müsadirə olunaraq Kiyevə “reparasiya krediti”nin maliyyələşdirilməsi məqsədilə istifadə edilməsini nəzərdə tutan planını dəstəkləməyə hazırdır, lakin bütün üçün Belçikanın 3 şərtin yerinə yetirilməsini vacib sayır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçikanın baş naziri Bart de Vever bildirib.

Onun sözlərinə görə, rəsmi Brüssel ilk növbədə Macarıstan, Slovakiya və ya digər dövlətlərin Avropa sanksiyalarına veto qoymaq təhlükəsinin aradan qaldırılmasını tələb edir ki, Rusiya aktivlərinin dondurulmasının ləğvi riski yaranmasın və məsələ ilə bağlı mövcud qeyri-müəyyənlik aradan qaldırılsın.

Belçikalı hökumət başçısı həmçinin, təminat istəyir ki, Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya öz vəsaitlərini tələb edərsə və ya Moskva bu məsələ ilə bağlı məhkəmədə qalib gələrsə, kredit üzrə ödənişlər dərhal həyata keçirilsin.

Onun üçün şərti Avropa Komissiyasının kredit zəmanəti kimi Avropa İttifaqının cari yeddi illik büdcəsindən istifadə imkanını nəzərdən keçirməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti