...

Azərbaycanın multikulturalizm modeli qlobal səviyyədə nümunə kimi təqdim olunur - Rəvan Həsənov

Cəmiyyət Materials 5 Noyabr 2025 13:07 (UTC +04:00)
Azərbaycanın multikulturalizm modeli qlobal səviyyədə nümunə kimi təqdim olunur - Rəvan Həsənov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın multikulturalizm modeli artıq yalnız ölkə daxilinə yönəlmiş siyasət deyil, eyni zamanda qlobal səviyyədə nümunə olaraq təqdim olunur.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov səsləndirib.

O qeyd edib ki, bu gün keçirilən festival iki məna daşıyır:

“Fərqliliklərin sadəcə yanaşı mövcud olması və fərqliliklərin bir-birini tamamlaması festivalın əsas iki mənasıdır”.

R.Həsənov bildirib ki, bizim modelimizin mahiyyəti ikinci yanaşmadadır: "Burada mövcud olan müxtəlif mədəniyyətlər və inanc sistemləri yalnız bir-birinin yanında dayanmır, eyni zamanda bir-birini tamamlayır, zənginləşdirir və harmonik şəkildə təqdim olunur.

Festival həm də dinlərarası dialoqun real nümunəsidir. Fərqli inanca sahib insanlar burada bir-birinin nəşrləri ilə tanış olur, fikir mübadiləsi aparır və əməkdaşlıq qururlar".

Onun sözlərinə görə, 1995-ci ildə qəbul edilən Konstitusiya və multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi göstərdi ki, bu müxtəlifliyin qorunması dövlətin prioritetidir.

“Dövlət bu dəyərlərə yalnız tolerant yanaşmır, onları öz kimliyinin ayrılmaz hissəsi kimi qəbul edir.. Dünyada elə ölkələr var ki, çoxkulturluluğu tətbiq etməyə çalışsalar da, bunu uğurla həyata keçirə bilməyiblər. Burada hər kəsin dini və mədəni kimliyinə hörmət göstərilir. İnsanlar bir-birini ‘öyrənməyə borclu’ olduqları üçün deyil, ‘hörmət etmək istədikləri üçün’ dinləyirlər. Bu unikal yanaşmadır", - deyə R.Həsənov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti