...

Gələn il orta aylıq əməkhaqqı nə qədər artırılacaq? – STATİSTİKA

İqtisadiyyat Materials 5 Noyabr 2025 11:01 (UTC +04:00)
Gələn il orta aylıq əməkhaqqı nə qədər artırılacaq? – STATİSTİKA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3,4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3,5 faiz səviyyəsində, 2027-2029-cu illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara görə, əsas kapitala investisiyaların həcmi 2026-cı ildə 6,9 faiz, 2027-2029-cu illərdə isə orta illik 2,9 faiz, qeyri neft-qaz sektorunda isə müvafiq olaraq 1,1 faiz və 4,8 faiz artacaq.

Vurğulanıb ki, 2024-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 mlrd. manata çatıb. Əhalinin sərəncamında qalan gəlirləri 73,4 mlrd. manat təşkil edib. 2024-cü ildə əhalinin gəlirlərində inflyasiya nəzərə alınmaqla 4,1 faiz real artım müşahidə olunub.

2024-cü ildə əhalinin xərcləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artaraq 81,1 mlrd. manat olub.

2024-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 faiz artaraq 1.009,2 manat təşkil edib.

“Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsi

Bildirilib ki, məcburi dövlət sosial sığorta haqlarının proqnoz göstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsas makroiqtisadi göstəricilərdən olan orta aylıq əməkhaqqı göstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumatlarda 2025-ci il üzrə 1101,6 manat, 2026-cı il üzrə isə 1170,8 manat göstərilib. Fondun 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə gözlənilən daxilolmaların həcminin, habelə növbəti illərin proqnoz rəqəmlərinin müəyyən edilməsi üçün qeyd edilən bu göstəricilər baza qismində qəbul edilərək büdcə tərtibi zamanı hesablamalarda nəzərə alınıb.

Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində 2025-ci ilin yanvar-may ayları üzrə açıqlanmış aylıq makroiqtisadi göstəricilər barədə rəsmi statistik məlumata əsasən, bu göstərici 1095,0 manat (və ya əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,1 faiz çox) təşkil edib ki, bu da cari vəziyyətdə 2026-cı il üzrə orta aylıq əməkhaqqı göstəricisinin 1170,8 manat təşkil etməsi barədə gözləntilərin əsaslı olduğunu deməyə imkan verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məcburi dövlət sosial sığorta haqları üzrə 2021-2024-cü illərə dair debitor və kreditor borcları barədə rəsmi qaydada əldə olunmuş göstəricilər bu istiqamətdə ümumi tarazlığın qismən pozulduğunu, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə debitor borcunun faiz göstəricisinin artımı (2022-ci ildə 7,24 faiz, 2023-cü ildə 9,91 faiz, 2024-cü ildə isə 12,70 faiz) debitor borclarında 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda potensial göstərici olaraq istifadə etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti