...

Rusiyadan taxıl daşıyan qatarın Azərbaycan ərazisindən keçməsi sülh gündəliyinin irəlilədilməsi baxımından böyük əhəmiyyət kəsb edir - Mqer Qriqoryan

Siyasət Materials 5 Noyabr 2025 12:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan taxıl daşıyan qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana çatacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan yerli jurnalistlərə verdiyi açıqlamada deyib.

“Hazırda Rusiyadan Ermənistana istiqamətlənən taxıl daşıyan dəmir yolu qatarı artıq Azərbaycanın ərazisindən keçərək Gürcüstan istiqamətində hərəkət edir. Rusiya taxılı ilə dolu qatar tezliklə Ermənistana çatacaq”,- deyə o bildirib.

Erməni nazir müavini bu tranzit daşınmanın baş tutmasına görə Azərbaycan və Rusiya hökumətlərinin gördükləri işi yüksək qiymətləndirib.

“Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, bu istiqamətdə azərbaycanlı və rusiyalı həmkarlarımın gördüyü işi yüksək qiymətləndirirəm. Bu hadisə qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Qriqoryan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti