...

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə birlikdə Bakıda yerüstü və yük xidmətləri üzrə seminar keçirib (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2025 10:43 (UTC +04:00)
Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə birlikdə Bakıda yerüstü və yük xidmətləri üzrə seminar keçirib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura (Dövlətlərarası Şura) ilə birlikdə növbəti ikigünlük seminarı – yerüstü və yük xidmətləri üzrə praktikumu uğurla başa vurub.

Tədbir “Baku Marriott Hotel Boulevard” mehmanxanasında Asiya, Yaxın Şərq, Afrika və Avropa ölkələrindən olan 40-dan artıq mütəxəssisin iştirakı ilə keçirilib.

Seminarda Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Vyetnam, Gürcüstan, Qazaxıstan, Qəmər Adaları, İndoneziya, İordaniya, Hindistan, Mavritaniya, Pakistan, Türkiyə, Konqo Respublikası və Səudiyyə Ərəbistanı nümayəndələrinin iştirakı aviasiya əməliyyatlarının təhlükəsizlik və effektivlik səviyyəsinin artırılması məsələlərinə beynəlxalq marağın yüksək olduğuna dəlalət edir.

Təhlükəsizlik sahəsində regional əməkdaşlığın möhkəmləndirilməsi

Dövlətlərarası Şura seminarin keçirilməsinin təşəbbüskarı və sponsoru qismində çıxış edərək, regionda aviasiya təhlükəsizliyinin inkişafına sadiqliyini bir daha nümayiş etdirdi. Dövlətlərarası Şuranın dəstəyi nəticəsində tədbir bilik mübadiləsi, qabaqcıl həllərin müzakirəsi və aviasiya orqanları, operatorlar və sahə mütəxəssisləri arasında regional əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildi.

Dövlətlərarası Şura ilə IATA arasındakı uzunmüddətli əməkdaşlıq beynəlxalq standartların təşviqi, əməliyyat proseslərinin təkmilləşdirilməsi, risklərin idarə edilməsi ilə uçuşların təhlükəsizliyinə vahid yanaşmanın formalaşdırılmasında mühüm rol oynayır, bu isə həm Azərbaycanın, həm də region ölkələrinin aviasiya sektorunda təhlükəsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə yardım edir.

Aviasiya sahəsinin inkişafına ümumi töhfə

Seminar-praktikum Dövlətlərarası Şura və IATA nümayəndələrinin salamlayıcı çıxışları ilə, həmçinin “Silk Way West” aviaşirkətinin yükdaşıma və yerüstü xidmət sahəsində aktual məsələ və çağırışlara həsr olunmuş təqdimatı ilə açıldı.

İştirakçılar iki gün ərzində sahənin əsas məsələlərini müzakirə edərək, ekspert çıxışlarına, praktiki müzakirələrə və fərdi məsləhətləşmələrə yer vermişlər. Seminar həmçinin peşəkar ünsiyyət üçün geniş imkanlar açmışdır.

Seminarın sonunda iştirakçılar tədbirin yüksək səviyyədə təşkil olunmasını və təqdim olunan materialların praktik əhəmiyyətini vurğulamışlar. Bütün iştirakçılara seminar-praktikumda iştirak barədə sertifikatlar təqdim edildi.

Bu tədbirin keçirilməsi IATA və Dövlətlərarası Şuranın mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartların tətbiqinə və aviasiyada təhlükəsizlik mədəniyyətinin inkişafına sadiqliyini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti