...

Avropa İttifaqının hava və dəniz nəqliyyatının “yaşıl” keçidinə 100 milyard avro həcmində investisiya tələb olunacaq

Dünya xəbərləri Materials 5 Noyabr 2025 14:59 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının aviasiya və dəniz nəqliyyatını 2035-ci ilə qədər bioyanacağa və sintetik elektrik yanacağa keçirməsi üçün 100 milyard avro həcmində investisiya tələb olunacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası tərəfindən təqdim edilən dayanıqlı nəqliyyat üzrə investisiya planında qeyd olunur.

“Dayanıqlı yanacağa keçid məqsədlərinə nail olmaq üçün Avropa İttifaqına 2035-ci ilə qədər 20 milyon ton bioyanacaq və elektrik yanacağı lazım olacaq ki, bu da təxminən 100 milyard avro məbləğində özəl investisiyanın cəlb edilməsini tələb edəcək”, - sənəddə bildirilir.

Avropa Komissiyası öz növbəsində bu məqsədlər üçün Aİ büdcəsindən 2,9 milyard avro investisiya etməyi təklif edib və bunun özəl investisiyalar üçün katalizator rolunu oynayacağına inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti