...

Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir - Ramin Məmmədov

Cəmiyyət Materials 5 Noyabr 2025 12:27 (UTC +04:00)
Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir - Ramin Məmmədov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sahib olduğumuz dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır.

Trend xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı deyib.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır:

“Bu festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın birgəyaşayış fəlsəfəsinin ifadəsidir”.

R.Məmmədov bildirib ki, bir müddət öncə Dövlət Suverenliyi Gününü qeyd etdik:

“Üç gün sonra isə Azərbaycanın ən şanlı tarixi – Zəfər Gününü qeyd edəcəyik. Tarixə qızıl hərflərlə yazılan bu qələbələr xalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamının təntənəsidir. Suverenlik və Zəfər Konstitusiyamızın, dövlətçiliyimizin və birliyimizin təməl sütunlarıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti