...

"Şəfa" "Mingəçevir"ə, "Səbail" MOİK-ə qalib gəldi

İdman Materials 5 Noyabr 2025 17:45 (UTC +04:00)
"Şəfa" "Mingəçevir"ə, "Səbail" MOİK-ə qalib gəldi

Bakı. Trend:

Futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Lider "Şəfa" səfərdə "Mingəçevir" üzərində çətin qqələbə qazanıb. İkinci yerdə gedən "Səbail" MOİK-i 1 qolla üstələyib. "Baku Sportinq" isə "Cəbrayıl"dan güclü olub.

Tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

I Liqa, VII tur

5 noyabr

"Mingəçevir" - "Şəfa" 2:3
Qollar: S.Məmmədov, 32, K.Kalunqa, 80 - P.Azadov, 35, T.Quliyev, 45+2 (pen), A.Ebrahimzade, 90+1

"Baku Sportinq" - "Cəbrayıl" 2:0
Qollar: C.Muxtarlı, 37, E.Valiiev, 61

"Səbail" - MOİK 1:0
Qol: T.Əlizadə, 31

Məqalədə:
Xəbər lenti

Xəbər lenti