Bakı. Trend:
Cənubi Koreyada dul bir kişi bütün orqanlarını ehtiyacı olanlara vəsiyyət edərək onlarla insanın həyatını xilas edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 60 yaşlı Mun Çu Hvan 2025-ci il avqustun 9-da qəfil vəfat etdikdən sonra toxuma donoru kimi təxminən 100 xəstənin həyatda qalmasına vəsilə olub. O, dostu ilə söhbət edərkən huşunu itirib və Çxonmun Universiteti xəstəxanasına çatdırılıb, burada həkimlər beyin fəaliyyətinin dayandığını müəyyənləşdiriblər.
Hvan həyatda olarkən daim donor kartı gəzdirir və oğlu ilə birlikdə əvvəlcədən orqan donoru reyestrində qeydiyyatdan keçmişdi. Buna görə də bütün bioloji materiallar Milli Orqan, Toxuma və Qan İdarəetmə İnstitutuna təhvil verilib.
Mütəxəssislərin sözlərinə görə, bu hadisənin özəlliyi ondadır ki, donor toxumaları beş ilədək saxlanıla və bir çox ağır xəstələrin orqan funksiyalarının bərpası üçün istifadə oluna bilər. Bu isə dərhal transplantasiya tələb edən orqanlardan fərqlənir.
