...

Nyu-Yorkun yeni seçilmiş meri Trampı "dayandıracağını" bəyan edib

Dünya xəbərləri Materials 5 Noyabr 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında demokrat-sosialist Zöhran Mamdani Nyu-York meri seçkilərində qələbə qazandıqdan sonra ABŞ prezidenti Donald Trampı dayandıracağı ilə bağlı bəyanat səsləndirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Əgər Donald Tramp tərəfindən xəyanətə uğramış ölkəyə onu necə məğlub etməyi göstərə biləcək bir yer varsa, bu, onu doğuran şəhərdir (Tramp Nyu-Yorkda anadan olub– red.). Və əgər bir despotu qorxutmağın yolu varsa, bu, onun hakimiyyəti ələ keçirməsinə imkan verən şəraiti məhv etməkdir.

Bu, yalnız Trampı dayandırmaq üsulu deyil, həm də növbətisini dayandırmaq yoludur”,- Mamdani tərəfdarları qarşısında çıxışında bildirib.

O, mer postuna seçki kampaniyasının əvvəlində demək olar ki, tanınmırdı. Sorğulara görə, onun reytinqi cəmi 1 faiz idi. Lakin o, 4 noyabrda keçirilən seçkilərdə müstəqil namizəd Endrü Kuomonu və respublikaçı Kertis Slivuanı qabaqlayaraq qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti