Bakı. Trend
Rusiya buğdasının Azərbaycan ərazisindən keçməklə Gürcüstana, oradan isə Ermənistana idxalı tarixi hadisədir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin üzvü Ruben Rubinyan brifinqdə bildirib.
“Sülh - Rusiya buğdasının dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən Ermənistana idxal olmasıdır. Budur sülh. Bu, mübaliğəsiz, tarixi bir hadisədir. Sonuncu dəfə bu cür hal 1991–1992-ci illərdə baş vermişdi”,- deyə Rubinyan qeyd edib.
Bundan əvvəl Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Rusiyadan Ermənistana yola düşən taxıl daşıyan qatarın Azərbaycan ərazisindən keçərək Gürcüstan istiqamətində hərəkət etdiyini bildirmişdi.
