Bakı. Trend:
Yaponiyanın bir sıra prefekturalarında ayı hücumlarının artması ilə əlaqədar hakimiyyət həmin ərazilərə hərbçilər yollayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yaponiya mediasına görə, ölkənin özünümüdafiə qüvvələri artıq Kazuni şəhərində əməliyyata başlayıblar. Onlar insanlara hücum edən ayıları tutmaq üçün tələlərin daşınması, quraşdırılması və yoxlanılmasında köməklik göstərəcəklər. Ayıları hərbçilər deyil, xüsusi təlim keçmiş ovçular zərərsizləşdirəcək.
Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına görə, aprel ayından bəri Yaponiyada 100-dən çox ayı hücumu qeydə alınıb.
