...

2026-cı ildə şəhid ailələrinin mənzillə təminatına nə qədər vəsait ayrılacaq? - Nazir açıqladı

Cəmiyyət Materials 5 Noyabr 2025 11:36 (UTC +04:00)
2026-cı ildə şəhid ailələrinin mənzillə təminatına nə qədər vəsait ayrılacaq? - Nazir açıqladı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, imtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur.

“Bu vəsaitin 10 milyon manatı DSMF-nin investisiya gəlirlərinin, 40 milyon manatı isə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti