Bakı. Trend:
Amerikanın “Apple” korporasiyası smartfonlar və planşetlər üçün təxirəsalınmaz yeniləmə buraxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, noyabrın əvvəlində şirkət “iPhone” və “iPad” üçün müvafiq olaraq "iOS 26.1” və “iPadOS 26.1” təqdim edib.
“Apple” yeniləmənin texniki olduğunu və əməliyyat sistemlərində bir sıra ciddi zəif nöqtələri aradan qaldırdığını bildirib və onu quraşdırmağı tövsiyə edib.
Jurnalistlərin qeyd etdiyinə görə, yeniləmə çərçivəsində IT-nəhənginin mütəxəssisləri təxminən 50 boşluğu aradan qaldırıblar. Müəlliflər bu yeniləməni sentyabrda “iOS 26”nın çıxışından bəri ən əsas və ən vacib yeniləmə adlandırıblar.
