...

Ötən illə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsait 10 faiz artırılacaq

Cəmiyyət Materials 5 Noyabr 2025 12:22 (UTC +04:00)
Ötən illə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsait 10 faiz artırılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət sosial müdafiə fondunun gəlirlərinin 20 faizdən çoxu dövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu nisbətən 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə, demək olar ki, eynidir.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 8 milyard 483 milyon manatlıq xərclərin 8 milyard 146 milyon manatı məhz əhaliyə ödənişlər üzrə xərclərdir:

“Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manat ayrılacaq. Bu o deməkdir ki, fondun xərclərinin 94.0 faizindən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10 faiz artırılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti