Bakı. Trend:
Cənub-Çin dənizinə daxil olaraq Filippində ağır dağıntı və çoxsaylı itkilərə səbəb olmuş “Kalmaeqi” tafunu Vyetnama doğru istiqamət alıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vyetnamın Milli Hidrometeoroloji Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.
Məlumata görə, tayfunun episentri Truonqşa (Spratli) arxipelaqının yaxınlığında, Zyalay vilayəti sahilindən təxminən 550 km cənub-şərqdə yerləşir.
Hal-hazırda tayfunun təsiri altında Cənubi-Çin dənizinin mərkəzi hissəsində sürəti saatda 70–130 km arasında dəyişən güclü küləklər və hündürlüyü 10 metrə çatan dalğalar müşahidə olunur.
Növbəti 24 saat ərzində “Kalmaeqi”nin saatda 20–25 km sürətlə şimal-qərb istiqamətində hərəkət edəcəyi və daha da güclənəcəyi proqnozlaşdırılır.
Hidrometeoroloji mərkəzin məlumatına əsasən, fırtına potensial olaraq Dananq şəhərindən Khanhoa vilayətinə qədər olan əraziləri əhatə edə bilər.
