...

Azərbaycan üzərindən Ermənistana gedən yük qatarı Gürcüstana yola salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2025 17:16 (UTC +04:00)
Azərbaycan üzərindən Ermənistana gedən yük qatarı Gürcüstana yola salınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.

Trend xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Gürcüstan doğru istiqamət götürüb.

Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.

Xəbər lenti

Xəbər lenti