...

Bu il birgə maliyyələşmə proqramı üzrə 1500-dən çox şəxs işlə təmin edilib

Cəmiyyət Materials 5 Noyabr 2025 17:00 (UTC +04:00)
Bu il birgə maliyyələşmə proqramı üzrə 1500-dən çox şəxs işlə təmin edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində 2025-ci ilin 10 ayı ərzində 1504 şəxs işlə təmin olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, proqram üzrə cari ilin ötən dövründə daha 400-ə yaxın işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən sosial cəhətdən həssas qruplardan olan şəxslərin məşğulluğu təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilmiş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi maliyyələşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti