...

2026-cı ildə 170 minədək şəxsin işə düzəlməsinə dəstək veriləcək - Nazir

Cəmiyyət Materials 5 Noyabr 2025 12:13 (UTC +04:00)
2026-cı ildə 170 minədək şəxsin işə düzəlməsinə dəstək veriləcək - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə İcbari Sığorta Fondunun vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir xatırladıb ki, 2025-ci ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxslər işlə təmin edilib.

“2026-cı ildə isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti