Bakı. Trend:
Cənubi Qafqaz regionundakı vəziyyət yaxşılaşmağa doğru meyl edir və sülh prosesinin irəliləməsi üçün “3+3” platformasının məsləhətçi-regional qrupunun fəaliyyətini bərpa etmək vacibdir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşündə bildirib.
“Ümumilikdə Cənubi Qafqazdakı vəziyyətin yaxşılaşma meyli müşahidə olunur. Bununla yanaşı, biz hesab edirik ki, sülh prosesi ilk növbədə regional çərçivədə həyata keçirilməlidir. Bu kontekstdə "3+3" platformasının məsləhətçi-regional qrupunun fəaliyyətini bərpa etmək vacibdir”, - o qeyd edib.
Şoyqu vurğulayıb ki, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması da böyük əhəmiyyət kəsb edir.
