Bakı. Trend:
“Apple” korporasiyası “iPhone” prosessoru ilə təchiz olunacaq ucuz MacBook təqdim edəcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məşhur insayder və Bloomberg jurnalisti Mark Qurman Amerikanın IT nəhənginin nisbətə aşağı qiymətə satılacaq noutbuk üzərində işləyir.
Onun sözlərinə görə, “iPhone”dakı prosessorun sadələşdirilmiş versiyasını alacaq bu model 2026-cı ilin birinci yarısında təqdim ediləcək.
Qurman bildirib ki, şirkət artıq cihazın sınaqlarına başlayıb və o, hesabatlarda “J700” adı ilə qeyd olunur.
Qeyd olunur ki, yeni, ucuz model əsasən yığcam noutbuk və planşet istifadəçiləri üçün nəzərdə tutulacaq. Mütəxəssisin sözlərinə görə, bu modelin qiyməti “MacBook Air”dən (1000 dollar / 1700 AZN) xeyli ucuz olacaq. Qurman əlavə edib ki, “Apple” yeni noutbukun qiymətini klaviaturalı “iPad” (Magic Keyboard-lu) dəstinin dəyərinə - təxminən 600 dollar səviyyəsinə uyğunlaşdırmağı planlaşdırır.
