...

ABŞ-də yerli sakinlər qaçan tədqiqat meymunlarını güllələyiblər

Dünya xəbərləri Materials 5 Noyabr 2025 16:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Missisipi ştatının sakinləri aşıb xəndəyə düşən yük maşınının arxa qapısında qaçan iki rezus-makakanı güllələyiblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl “PreLabs” adlı biotibbi tədqiqatlarla məşğul olan təşkilata məxsus 21 meymunu daşıyan yük maşını aşıb və Missisipi ştatının Heydelberq şəhəri yaxınlığında xəndəyə düşüb.

Qəza nəticəsində beş heyvan hadisə yerinin yaxınlığında tutulub və yatızdırılıb, üçü isə qaçmağa müvəffəq olub.

Qaçan üç meymunlardan birini 35 yaşlı qadın güllələyib. Missisipi ştatının Vəhşi təbiət, balıqçılıq və parklar departamenti ikinci meymunun başqa bir yerli sakin tərəfindən güllələndiyini təsdiqləyib. Üçüncü meymun isə hələ də tapılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti