...

“Qarabağ” Bakıda “Çelsi”ni qəbul edəcək

İdman Materials 5 Noyabr 2025 10:16 (UTC +04:00)
“Qarabağ” Bakıda “Çelsi”ni qəbul edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Trend xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastyan Qishamer, onun köməkçiləri Roland Ridel və Santino Şrayner olacaqlar. Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək.

Qeyd edək ki, ilk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 13-cü, “Çelsi” isə 11-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti