Bakı. Trend:
2028-2034 büdcə planına əsasən, Avropa İttifaqının hərbi mobillik sahəsindəki layihələrə çəkiləcək büdcə xərcləri 10 dəfə artaraq 17 milyard avroya çatacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Dayanıqlı nəqliyyat və turizm üzrə Avropa komissarı Apostolos Tsitsikostas bildirib.
“Avropa İttifaqının yeni yeddiillik büdcə çərçivə planında hərbi mobillik və infrastruktur layihələri üçün nəzərdə tutulan büdcə 10 dəfə artırılacaq, bu məqsədlə 17 milyard avro ayrılacaq”,- deyə o bildirib.
Aİ-də “hərbi mobillik” termini, mümkün münaqişə halında bütün nəqliyyat infrastrukturunun, limanların, hava limanlarının, dəmir və avtomobil yollarının, xüsusilə də körpü və tunellərin, böyük sayda qoşun, hərbi texnika və sursatın sürətli daşınması üçün yenidən qurulmasını nəzərdə tutur.
