Bakı. Trend:
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov noyabrın 6-dan 9-dək Çin Xalq Respublikasında keçiriləcək Ümumdünya İnternet Konfransının (“WIC 2025”) Uçjen Sammitində iştirak edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, builki “WIC 2025” Sammiti “Açıq, birgə, təhlükəsiz və inklüziv rəqəmsal gələcəyin yaradılması ‒ kiberməkanda ortaq gələcəyi olan cəmiyyətin qurulması” mövzusuna həsr edilib.
