...

Konstitusiyamızda yazılan vahidlik bu gün torpaqda qanla təsdiqlənib - Zahid Oruc

Siyasət Materials 5 Noyabr 2025 10:26 (UTC +04:00)
Konstitusiyamızda yazılan vahidlik bu gün torpaqda qanla təsdiqlənib - Zahid Oruc
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Məğlubiyyət dövründə Konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Qanunda “ərazilər toxunulmazdır” yazılsa da, reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı. De-yure onlar vardı, de-fakto mövcud deyildi.

Trend xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bu gün Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Zahid Oruc bildirib ki, bir vaxtlar Konstitusiyamız pozulmuş milli hüquqlarımızın simvoluna çevrilmişdi:

"Hamı inanırdı ki, bu prinsiplər bir gün tam reallaşacaq. O dövrdə Konstitusiyamızda "Azərbaycan Respublikası unitar dövlətdir" yazılsa da, faktiki olaraq torpaqlarımızın bir hissəsində ikinci separatçı qurum, ikinci saxta konstitusiya və ikinci "prezident institutu" mövcud idi. Bu ikili vəziyyət, dövlət dualizmi düz 30 il davam etdi.

Beləcə, Ana qanunumuzdan müharibə haqqımız doğuldu. Bu gün Konstitusiyamızda əks olunan "Azərbaycan vahid və bölünməz dövlətdir" müddəası artıq kağız üzərində deyil, torpaqlarımızda qanla möhürlənib. Bu Zəfər qanunu şəhidlərimizin canı ilə təsdiqlənib. Biz müasir hərbi texnologiyalardan öncə hüquqla silahlanmışdıq. Ordumuz güclü idi, amma qələbəmizin əsas səbəbi haqlı olmağımız idi".

Deputat qeyd edib ki, bu gün Konstitusiya da Şuşa kimi azaddır:

"Qarabağ tarixdə ilk dəfə dağıntı deyil, quruculuq və bütövlüyün simvoluna çevrilib. Bakı isə artıq ərazi itkilərinin səbəbkarlarının deyil, işğalçı qüvvələrin məhkəmə salonuna çevrilib. Azərbaycanın taleyi daha yad paytaxtlarda deyil, öz torpağında müəyyən olunur. "Erməni məsələsi" tariximizdə ilk dəfə dinc və könüllü şəkildə ölkə ərazisindən kənara çıxıb və milli dövlətçiliyimiz üçün mina rolunu itirib.

Bu gün ərazi bütövlüyümüz artıq yalnız anlayış deyil, reallıqdır. 2020-ci ilin Vətən müharibəsi xarici himayə ilə həyata keçirilən işğala son qoyduğu üçün əsl milli azadlıq hadisəsi sayılır. Müstəqillik yalnız sovetlərdən ayrılmaq deyil, həm də beynəlxalq güclərin 30 il ərzində yaratdığı təzyiq və asılılıqdan xilas olmaq deməkdir.

Vətən müharibəsi Qurtuluş savaşı idi. Bu səbəbdən 8 Noyabr - Şuşa Zəfəri və 20 Sentyabr - Xankəndi Zəfəri Azərbaycanın yeni milli azadlıq günləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti