Bakı.Trend:
Balakəndə sürücünün həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə oktyabrın 3-də qeydə alınıb.
Belə ki, Balakən rayonu, Şərif kənd sakini Yaqubov Yaqub Şəhmir oğlu "Mercedes Benz" markalı avtomobil ilə Balakən rayonu, Şərif kəndi ərazisində hərəkətdə olduğu zaman idarəetməni itirib, avtomobil yol kənarında olan quma çırpılıb.
Hadisə nəticəsində sürücü Y.Yaqubov və avtomobildə olan sərnişin Qebeyev Ramazan Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Y.Yaqubov isə aldığı xəsarətlər nəticəsində 04.11.2025-ci il tarixdə həyatını itirib.
Faktla bağlı Balakən RPŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
