...

Finlandiya ordusunda xüsusi təyinatlı hərbçilərin sayı artırılacaq

Dünya xəbərləri Materials 5 Noyabr 2025 16:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Finlandiya ordu komandanlığı əlahiddə bölmələrdə xüsusi təyinatlı hərbçilərin sayını artırmağı planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yaxın illərdə Finlandiya ordusunda xüsusi təyinatlı hərbçilərin sayı artacaq, belə ki, aşağı zabit heyəti üçün xeyli sayda yeni vakansiyalar açılacaq. Ümumilikdə 60-80 namizədin seçiləcəyi gözlənilir.

Qeyd olunur ki, xüsusi təyinatlı qüvvələr kəşfiyyat əməliyyatlarında iştirak edir. Zərurət yarandıqda, həmin hərbçilər təkcə ölkə daxilində deyil, həm də xaricdə tapşırıqların icrasına cəlb oluna bilərlər. Onlar, xüsusilə beynəlxalq əməliyyatlarda iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti