...

Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri Moldova Parlamentinin sədri ilə görüşüb

Siyasət Materials 5 Noyabr 2025 16:57 (UTC +04:00)
Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri Moldova Parlamentinin sədri ilə görüşüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndə heyəti ilə Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu arasında işgüzar görüş baş tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə MAK-ın sədri Elçin Bayramov, Şura sədri Ramil Adıgözəlov, Şura üzvləri Aynura Abdülrəhimova və Adil Osmanov daxil olublar.

Görüşdə Moldovada Azərbaycan diasporunun inkişafının əsas istiqamətləri, gənclərin ölkənin ictimai həyatında mövqeyinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

MAK-ın sədri Elçin Bayramov Parlamentin sədri İqor Qrosunu seçkilərdəki qələbə münasibətilə təbrik edib, dövlət institutları ilə etno-mədəni təşkilatlar arasında konstruktiv dialoqun əhəmiyyətini vurğulayıb. O, diaspor təşkilatlarının bu cür müzakirələrdə iştirakının mədəniyyətlərarası anlaşmanı möhkəmləndirdiyini və inklüziv vətəndaş mühitinin formalaşmasına töhfə verdiyini deyib.

Tərəflər, həmçinin, Kişinyovda keçirilən Moldova Azərbaycanlı Gənclərinin II Forumunun əhəmiyyətinə toxunublar. MAK nümayəndələri forumun proqramını təqdim edib, tədbirin gənclərin birliyinin və fəallığının artırılmasında mühüm rol oynayacağını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti