Bakı. Trend:
İsrail və ABŞ-nin hava zərbələrinə baxmayaraq İranda zənginləşdirilmiş uran hələ də qalmaqdadır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”a müsahibəsində bildirib.
“Zərər çox böyük olub, lakin bizim qiymətləndirmələrimizə görə, 60%-ə qədər zənginləşdirilmiş uranın əksəriyyəti, eləcə də 20%, 5% və 2% səviyyələrində olan uran hələ də oradadır... Aydındır ki, silah səviyyəsinə yaxın bu qədər yüksək dərəcədə zənginləşdirilmiş materialın mövcudluğu narahatlıq doğurur,” – deyə nəşr Qrossinin sözlərini sitat gətirib.
Xatırladaq ki, iyun ayının 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ münaqişənin gərginləşməsindən doqquz gün sonra döyüşə qoşularaq İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib.
