...

Türkiyədə silah-sursat qaçaqmalçılığına qarşı əməliyyat - 135 nəfər tutuldu

Dünya xəbərləri Materials 5 Noyabr 2025 09:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin hüquq mühafizə orqanları tərəfindən 41 vilayətində əlaqələndirilmiş şəkildə keçirilmiş silah-sursat qaçaqmalçılığına qarşı əməliyyatlarda 135 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya öz “X” səhifəsində məlumat bölüşüb.

Əməliyyatlar zamanı 95 ədəd qeydiyyatsız tapança, 3 116 ədəd pnevmatik tapança, 31 ədəd qeydiyyatsız ov tüfəngi, 2 ədəd əl qumbarası və 19 467 ədəd silah hissəsi ələ keçirilib. Yerlikaya bildirib ki, şübhəliləri yaxalamaqla qeydiyyatsız silahlarla törədilə biləcək cinayətlərin qarşısını alıblar və ictimai asayişi pozan cinayətkar qruplara, eləcə də mütəşəkkil cinayət təşkilatlarına silah təmin edilməsinin qarşısını alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti