...

Dünyada ən çox qızıl alan mərkəzi banklar məlum olub

Dünya xəbərləri Materials 5 Noyabr 2025 13:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın mərkəzi bankları cari ilin sentybar ayında 39 tona yaxın qızıl alıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Qızıl Şurasının (WGC )dərc etdiyi məlumatlar əks etdirir.

Məlumata görə, sentyabrda ən fəal qızıl alışını həyata keçirən tənzimləyicilər Braziliya (+15 ton), Rusiya (+3 ton), Qvatemala (+6 ton), Qazaxıstan (+8 ton) mərkəzi bankları olub. Türkiyə, Çin, Çexiya və Qananın mərkəzi bankları isə öz qızıl ehtiyatlarını 1-2 tona qədər artırıb.

Sentyabrda qızıl satan yeganə ölkə Mərkəzi Bankı Özbəkistan olub – satışın həcmi 4 ton təşkil edib.

Sentyabr ayında dünya üzrə qızılın xalis alışı 200 ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti