...

"OpenAI" "Android" üçün video və foto yaradan süni intellekt tətbiqini istifadəyə verib

Dünya xəbərləri Materials 5 Noyabr 2025 11:11 (UTC +04:00)
"OpenAI" "Android" üçün video və foto yaradan süni intellekt tətbiqini istifadəyə verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“ChatGPT” süni intellekt çat-botunun yaradıcısı “OpenAI” şirkəti süni intellekt vasitəsilə video və şəkil materiallarının hazırlanmasında istifadə olunan “Sora” tətbiqinin “Android” versiyasının istifadəyə verildiyini elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Tətbiq artıq ABŞ-də və bir sıra başqa regionlarda “Google”un “Play Market”də əlçatandır.

Tətbiq istifadəçilərinə “TikTok” formatını xatırladan məzmun lentinə çıxış imkanı təqdim olunur. Həmçinin “Sora”da “cameo” adlı funksiya mövcuddur - bu funksiya vasitəsilə istifadəçi videolara öz üzünü, dostlarının və ya ev heyvanlarının şəkillərini əlavə edə bilər. Bunun üçün üz skan etmə funksiyasından istifadə olunur, lakin bu funksiya veb-versiyada mövcud deyil.

Hiperrealist videolar yaratmaq üçün nəzərdə tutulmuş "Sora 2"nin genişləndirilmiş versiyasına giriş hələ də yalnız dəvət əsasında mümkündür.

Pulsuz versiyadan istifadə edənlər 15 saniyəyə qədər videolar yarada bilirlər, aylıq 200 dollarlıq Pro abunəçiləri isə 25 saniyəlik videolar generasiya etmək və bir neçə səhnəni eyni layihədə birləşdirmək imkanı əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti